Böyük Britaniya və Norveç Rusiyaya qarşı tarixi anlaşma imzalayıblar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, anlaşmaya əsasən, Böyük Britaniya və Norveç Rusiya sualtı qayıqlarına qarşı durmaq, sərhədi pozarsa vurmaq, o cümlədən sualtı fiber optik kabelləri qorumaq məqsədiylə hərbi ittifaq yaradıblar.

Anlaşmaya görə, iki ölkə Baltik dənizində 13 gəmi ilə davamlı patrul xidməti həyata keçirəcək: "Gəmilərdən səkkizi Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus olacaq"

Böyük Britaniyanın Baş naziri Keir Starmer müqaviləni "tarixi sənəd" adlandırıb: "Bu, yeni bir dövrün başlanğıcıdır. Sahədəki hərbi gücümüz birlikdən irəli gəlir".

Starmerin sözlərinə görə, Rusiyanın Avropa istiqamətində dəniz sularındakı gücünü  30% artıb: "Biz buna seyrçi qala bilməzdik...".

Məlumatda deyilir ki, Rusiya sanksiyalardan yayınmaq üçün istifadə etdiyi rəsmi sənədlərdə adları qeyd olunmayan və şərti adı "kölgə donaması" olan  kommersiya tankerlərindən istifadə etməklə yanaşı, bir neçə tankeri İsveç və Litva arasında dənizdə məqsədli şəkildə saxladıb: "Həmin tankerlər bəzən dəniz sərhədlərini aşaraq və ya neytral sulardan keçən dünya üçün mühim sualtı kabelləri ya kəsib, ya da bilərəkdən zədələyiblər. halbuki, həmin kabellər Avropanın internet və enerji infrastrukturunun ən həssas nöqtələrindən biridir".

Tahir Şəlvəli

MİA.AZ