Dekabrın 3-də Masallı rayonu, Ərkivan qəsəbəsinin qaz təchizatı dayandırılacaq.

Mia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qəsəbədə yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə əlaqədar olaraq, Ərkivan qəsəbəsinin bir hissəsi, həmçinin Həsnəküçə, Abaslı, Miyondi, Qızlaküçə, Pələnküçə və Bağlaküçə məhəllələrini əhatə edən ərazidə qaz təchizatının dayandırılması planlaşdırılır.

Təchizatın dayandırılması ümumilikdə 1 300-ə yaxın abonenti əhatə edəcək və saat 10:00-dan işlər yekunlaşanadək davam edəcək.