Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Mia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə 28 noyabr saat 10:00-dan etibarən Suraxanı və Yasamal rayonlarında bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.