Şərur rayonunda yük maşını geriyə sürərkən 75 yaşlı qadını vuraraq öldürüb.

Hadisə rayonun Gümüşlü kəndində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Yusif Əliyev idarə etdiyi "MAZ" markalı yük avtomobilini geriyə sürərkən 1950-ci il təvəllüdlü İsmayılova Leyla Hüseyn qızını vurub.

Qadın aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır/Report.