Nəsimi Rayon İcra Hakimiyyətində 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib.

Mia.az xəbər verir ki, iclasda Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov görülən hazırlıq işləri barədə məlumat verib, qış mövsümündə operativ fəaliyyət üçün Qərargahın, xüsusi texnikaların və ehtiyat materialların tam hazır olduğunu bildirib.

Çıxış edən Bakı şəhər İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən qurum və təşkilatlara öz ərazilərində hazırlıq işlərini tamamlamaları və qarlı-şaxtalı günlərdə təmizləmə prosesində yaxından iştirak etmələri tapşırılıb.