Bakıda noyabrın 24-də "AFEN Plaza"da partlayış baş verən obyektdə xəsarət alan şəxsin vəziyyəti pisləşib, yenidən xəstəxanaya yerləşirilib.
Mia.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 5 nəfərdən (2-si kişi, 3-ü qadın olmaqla) 3 nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar.: "Bir nəfərin müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Bir nəfər isə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib. Müalicəsi tibb müəssisəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir".