Əvvəllər, yəni rəhmətlik  Mirzə  Cəlil dönəmində ağlayan  uşaqları  ovundurub,  başını  aldatmaq  üçün   onlara  ya çöçə  (Naxçıvan  dialektindəki  kökə),  ya da  tapılsaydı  konfet-şokolad  alıb  verərdilər  ki,  susub, böyükləri  yormasınlar. Amma baxanda  görürsən ki, guya  nə dəyişib ki!?  

İndi  də hələ  3  yaşındakı  uşaqlar   əlində elə  hey telefondu  ki  oynayırlar.  Amma bundan da doymayan  bu  balacalara  göydə   uçan təyyarəni göstərib,  sənə orada  uçan kəhriz suyu  alaram desəniz, -  yəqin  ki əvvəlcə  inanıb,  sonra da…

Sonrası da  odur ki, indi nə  zamandır ki, mən  hələ  sarı-qara məşrubatları  demirəm, Azərbaycanın  dünyaca məşhur mineral  suları ola-ola bizim bu təyyarələrmizdə camaata kəhriz  suyu  verəsən!?

Bundan  uşaqlar  deyil,  böyüklər də  küsər,   Naxçıvandan  Bakıya piyada  gedərlər. Qoy  hələ  Zəngəzur  yolu  açılsın!  Naxçıvanlıların  yadındadı, vaxt vardı,  axşamüstü  qatara  oturub,  Araz  mənzərəli  yolda yol yoldaşları  ilə yeyib-içib,  şirin söhbətlər  edərək    səhərüstü   Bakıya  çatar,  axşamı yenə  də  Naxçıvana  qayıdardıq.  Cəmi 7  manata. Düzdür, o  vaxt,  o  vaxt  idi.  Amma  indi  də hər  şey  yaxşıdır da. Azərbaycan  qalıb  dövlətdir. Min  Şükür  hər şeyimiz  də  var.

Bakıdan  da  Naxçıvana  gündə  12  reys təyyarə  üçür.  Bileti  də  istəyirsən həmin gün, istəsən də 4 ay  əvvəl  üçün al, 60  manata. Yəni faiz-maiz,  endirim-filan da yox. Amma  insafən,  əvvəllər uşağı  ovundurmaq  üçün  təyarədəki gözəl   geyimli saqqalsız əmilər  gətirib  keks,  çay, qazlı-qazsız  sular  verirdilər.  Mən  şəxsən “İstisu”yun ilk  dəfə iki il  əvvəl təyyarədə,  hava  gəmisi Göyçə  gölünün  üzərindən  uçarkən dadına  baxdım.  Şəhidlərmiz  yadıma  düşdü!

Amma  bu payızdan, bilmirəm ya Xəzərin  suyu  azalır, ya da şirkətin pulu,  nədirsə,  birdən birə  bunların  hamısı  yavaş-yavaş kəsildi, havadakı sərnişinlər  qaldı  330 ml. qabdaki uçan "kəhriz"lərin ümidinə.


Olsun,  artezian  suyu olsa da o  da  bizimdir.  Amma  təyyarə  də təyyarədir da.  Bəs  demirsən,  mızmızı  uşaqlar  bir  yana, bəlkə  salonda xarici qonaqlar,   hamının  tanıdığı adamlar,  ya da ilk  dəfə  uçanlar olar! Mən hələ jurnalistləri demirəm. Bizim  jurnalistləri.  Reklam və antireklam olmasın  deyə kimsənin  adını  çəkməyən jurnalistəri...  

“İstisu” fəxrmizdr! 

Müəllif: Əli  Cabbarov

MİA.AZ