Bakıda çoxmərtəbəli binada yanğın olub.
Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonunun Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın baş verib: "Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Və yanğın qısa müddətdə söndürülüb".