Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Buxarestdə işğüzar səfərdədir.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Rumıniyadakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində 23 noyabrda nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Buxarest şəhərinin Tey Parkında ucaldılmış büstünü ziyarət edib.

Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, büstün önünə əklil və güllər düzülüb.

Səfər çərçivəsində Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Rumıniyadakı səfirliyini ziyarət edərək, səfirliyin heyəti ilə görüşüb, iş şəraiti ilə maraqlanaraq, ölkələr arasında müxtəlif səhələrdə əlaqələrin gücləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıb. Azərbaycanın Baş Prokurorluğu tərəfindən hazırlanan "Qarabağ Azərbaycandır" kitabları səfirliyin kitabxanasına hədiyyə olunub.