Xəbər verdiyimiz kimi, bu gün Vəhdət Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının qərarı ilə partiya sədrinin müşaviri, politoloq Cümşüd Nuriyev vəzifə və üzvlükdən xaric edilib.
Mia.az xəbər verir ki, buna səbəb onun Partiyanın sabiq sədri Tahir Kərimli haqda sosial mediada ittiham xarakterli paylaşım etməsi olub.
Məlumata görə, məhz bu paylaşımdan sonra partiya onu üzvlükdən xaric edib.
Baş verənlərlə bağlı Mia.az-ın əməkdaşı partiya sədri Adəm İsmayıl Bakuviyə "Cümsüd bəylə bağlı partiyada gərginlik yaranıb. Sizin bu məsələyə münasibətiniz necədir?" sualı ilə müraciət etsə də, sual cavabsız buraxılıb.
Samir Musayev
MİA.AZ