Türkiyənin 5 böyük şəhərində sosiloji sorğu keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ORC Araşdırma Mərkəzi ölkədəki gərgin siyasi atmosferi nəzərə alaraq, İstanbul, Ankara, İzmir, Bursa və Konyada hansı partiyanın seçicilərinin çox olmasını öyrənib.
Mərkəz 16-19 noyabr 2025-ci il tarixləri arasında həmin şəhərlərdə 7920 respondentinin rəyini alıb.
Açıqlanan nəticəyə əsasən, son bir ildə böyük təzyiqlər və həbslərə baxmayaraq, Ankara, İstanbul və İzmirdə CHP yenə öndədir.
Beləliklə, İSTANBUL:
CHP: 34.5%
AK Partiya: 32.8%
DEM Partiyası: 7.7%
İYİ Partiyası: 5.5%
MHP: 5.3%
Zəfər Partiyası: 3.7%
ANKARA
CHP: 33.8%
AK Partiyası: 31.7%
MHP: 8.0%
İYİ Partiyası: 6.8%
İZMİR
CHP: 43.5%
AK Partiya: 25.8%
İYİ Partiya: 7.8%
BURSA
AK Partiya: 34.8%
CHP: 30.5%
MHP: 7.4%
KONYA
AK Partiya: 45.0%
MHP: 13.1%
CHP: 12.7%
Firudin Səfərli
MİA.AZ
