Biləsuvarın 8 il 3 ay həbs cəzasına məhkum edilmiş sabiq icra başçısı Mahir Quliyevin cəzaçəkmə yeri dəyişdirilib.
Məlumata görə, məhkəmə məhkumun xəstəliyi ilə bağlı belə qərar qəbul edib.
Mahir Quliyev ciddi rejimdən daha yüngül- ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb.
Qeyd edək ki, eks-icra başçısı 2020-ci ildə korrupsiya ittihamı ilə həbs edilib. 5 ildir həbsdədir. O, hazırda həkim nəzarətində saxlanılır(qafqazinfo).