ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Elison Huker Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

Mia.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, amerikalı müşavir həlak olanların xatirəsini ehtiramla yad edib.

Paylaşımda bildirilib ki, E.Huker dəyərlərini müdafiə edərək həyatını itirən bütün insanları xatırlayır və münaqişə nəticəsində sevdiklərini itirmiş ailələrə və dostlara dərin hüznlə başsağlığı verir.