Prezidentin köməkçisiHikmət Hacıyev ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə görüşüb
Mia.az xəbər verir ki, bu barədə o, sosial media hesdabında yazıb: "Alison Hukerin rəhbərlik etdiyi Birləşmiş Ştatlar nümayəndə heyəti ilə görüşməkdən məmnun oldum. Müzakirələrimiz Ermənistan–Azərbaycan sülh gündəminin irəlilədilməsi və regional əlaqə layihələrinin icrası da daxil olmaqla geniş məsələləri əhatə etdi. Həmçinin regional və qlobal proseslər barədə fikir mübadiləsi apardıq və Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq ruhunu bir daha təsdiqlədik".