Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb.
Mia.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.
Məlumata görə, Oruclu Ərəstun Məmməd oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.
O, bu il noyabrın 21-də 14:00-da Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.