Fransada yaşayan Altay Göyüşov Azərbaycanın Baş Prokurorluğuna çağırılıb.
Mia.az xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.
Bildirilib ki, Göyüşov Altay Rəşid oğlu bu il noyabrın 21-də, saat 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.