ABŞ-də yaşayan və həmin ölkədə Viktor Aleksandr kimi təqdim edilən Vaqif Allahverdiyev Azərbaycanın Baş Prokurorluğuna çağırılıb.
Mia.az xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.
Bildirilib ki, hazırda ABŞ-də yaşayan 1952-ci il təvəllüdlü Vaqif Allahverdiyev, həmin ölkədə adı Viktor Aleksandr kimi təqdim edilən şəxs barəsində Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib: "Vaqif Allahverdiyevə izah edilir ki, bu il noyabrın 21-də 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir"