Türkiyədə gərgin siyasi atmosferdə ASAL Araşdırma Mərkəzi növbəti maraqlı sorğu keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nüfuzlu mərkəz 26 şəhərdə "Bu bazar günü prezident seçkisi olsa, kimə səs verərdiniz", - sualı ilə respondentlərə müraciət edib.
Mərkəzin açıqladığı anketlərə görə, noyabr ayının ilk ongünlüyündə keçirilən sorğuya qatılanların 36.2 faizi hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın adını çəkib: "Respondentlərin 22 faizi Ankara bələdiyyəsinin sədri Mənsur Yavaş, 20 faizi İstanbul bələdiyyəsinin həbsdə olan sabiq sədri Əkrəm İmamoğlu, 5.6 faizi keçmiş HDP-nin həmsədri Səlahəddin Dəmirtaş, 3.2 faizi CHP lideri Özgür Özel, 3 faizi isə XİN başçısı Hakan Fidanın adını çəkiblər"
Samir Musayev
MİA.AZ
