Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalıya baş çəkəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüş Bakı vaxtilə saat 18:00-da baş tutacaq.

Məlumata görə, Ərdoğan Dövlət Baxçalının Ankaradakı iqamətgahına təşrif buyaracaq: "Liderlər qapalı görüşdə ölkədəki və bölgədəki son vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar"

Firudin Səfərli
MİA.AZ