Türkiyənin məşhur aktrisa və müğənnilərinə qarşı narkotik ittihamı ilə açılmış cinayət işindən xəbər var.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul prokurorluğununun tələbi ilə qanlarından analiz götürülən 7 müğənni və aktisa haqqında yeni qərar verilib.

Məlumata görə, analizlərinin cavabında qanlarında narkotik aşkarlanmayan Hadisə Açıkgöz, Mert Yazıcıoğlu, Demet Evqar, Özge Özpirinçci, Meriç Aral, Ceren Moray və Duyqu Özaslan haqqında təhqiqat işə xitam verib: "Dilan Polat, Derin Talu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırımın qan və saç nümunələrində isə narkotik aşkar edilib: "İrem Derici, Engin Polat, Ziynet Sali və Feyza Altunun qan və saç nümunələrində isə tibbi dərmanın aktiv tərkibi üzə çıxıb. Bu səbəbdən onlarla bağlı təhqiqat davam edir"

Xatırladaq ki, adıçəkilən məşhurlar narkotik və onun təbliği ittihamı ilə sübh çağı evlərindən jandarma tərəfindən saxlanılaraq polis idarələrinə aparılmışdılar.

Firudin Səfərli
MİA.AZ