Etibar ƏLİYEV,
Keçmiş deputat
***
Mətbuat Şurasının sədri hörmətli Rəşad Məcid!
Qəzetin taleyi ilə bağlı müsahibənizdə deyirsiniz:
"Qəzetlərin gəlir yeri reklamlardır, bu isə yoxdur. Qəzet satışı sıfırlanıb, yeni nəsil qəzet oxumur, bəziləri isə heç onun nə olduğunu bilmir. Təəssüf ki, Azərbaycanda yazılı mətbuat son günlərini yaşayır. Mən düşünmürəm ki, onu xilas etmək mümkündür. Çünki dünya tamamilə dəyişib, yeni nəslin qəzet yaddaşı yoxdur. Yalnız köhnə nəslin nümayəndələrindən bəziləri qəzet oxuyur."
Qəzet arxivdir, yaddaşdır. Sayt isə efemer xəbərlər seriyasından başqa heç nə deyil...
Qəzet çapının fəlsəfəsi dəyişməlidir. Mən indi də 1 milyon tirajla çap olunan "Literaturnaya qazeta"nı alıram. "İnostrannaya literatura" jurnalı isə məzmunu daha da zənginləşdirir. Azərbaycanın ən sanballı futuristi (gələcəyi təsvir edən) Mirzə Ələkbər Sabir imiş...
Görün təxminən 130 il bundan əvvəl nə deyib:
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!....
Xalqın canı qurtardı töhmətdən, ay can, ay can!....
Dəyərli dost! Görün yaponlar və koreyalılar nə qədər geridə qalıblar:
Cənubi Koreyada gündəlik 14 milyon tirajla 100 qəzet çıxır.
Çoson ilbo -2 miliyon tirajla (1920-ci ildən çıxır)
Tona ilbo -1 miliyon tirajla (1920-ci ildən çıxır)
Xanquk ilbo-2 miliyon tirajla (1954-cü ildən çıxır)
Seul Sinmun -700 min tirajla (1945-ci ildən çıxır)
və digər qəzetlər...
Ölkədə 102 televiziya kanalı (həmçinin 60 kabel televiziyası),
150 radiostansiya fəalaiyyət göstərir.
Yaponiyada cəmi 5 Milli gündəlik qəzet çıxır:
Asaxi simbun -12 milyon tirajla (1879-cu ildən çıxır)
Yemiuri simbun -14 milyon tirajla (1874-cü ildən çıxır)
Mayniti simbun -5.6 milyon tirajla (1872-ci ildən çıxır)
Nixon keydzay simbun -- Yapon iqtisadiyyat qəzeti-4.6 miyon (1876-cı ildən çıxır)
Sankey simbun- Sənaye-iqtisadiyyat qəzeti- 1,6 milyon tirajla (1933-cü ildən çıxır)
P.S. Diqqət edin, Qəzetlərin ikisi iqtisadiyyata aiddir.
Qeyd: YAZI MÜƏLLİFİN fEYSBUK HESABINDA YAYILIB
MİA.AZ