Türkiyənin 41 şəhərində eyni anda əməliyyat aparılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya məlumat paylaşıb.

Nazir bildirib ki, Adana, Ərzincan, Van, Ankara, Antalya, Aydın, Balıkəsir, Burdur, Bursa, Çorum, Dənizli, Diyarbakır, Ədirnə, Gaziantep, Hakkari, Hatay, Isparta, İstanbul, İzmir, Kastamonu, Kayseri, Kırşehir, Kocaeli, Konya, Kütahya, Manisa, Mardin, Mersin, Muğla, Nevşehir, Ordu, Sakarya, Samsun, Sivas, Şırnak, Tekirdağ, Tokat, Trabzon, Yalova və Zonquldağda qanunsuz silah satışıma qarşı əməliyyatlarda 3 min 116 ədəd tapança və müxtəlif sursdatlar aşarlanaraq götürlüb: "Ümumilikdə 135 nəfər saxlanılıb, onların ifadələri alınır..."

Firudin Səfərli
MİA.AZ