Atlantik okeanında tonlarla kokain daşıyan sualtı qayıq açkarlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı məlumatı Portuqaliya polisi yayıb.
Bildirilib ki, Atlantik okeanının ortasında 1,7 tondan çox kokain daşıyan dənizaltı qayıq həftələrlə izlənildikdən sonra donanmanın köməyi ilə əməliyyatla ələ keçirilib: "Əslən Cənubi Amerikadan olan 4 ekipaj üzvü tutulub. Şübhəlilərdən ikisi ekvadorlu, biri venesuelalı, biri isə kolumbiyalıdır. Hamısı haqqında məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib".
Məlumatda deyilir ki, Lissabonda yerləşən Dəniz Təhlili və Əməliyyatlar Mərkəzi (MAOC) bu yaxınlarda cinayətkar təşkilatın Avropaya kokain daşıyan sualtı qayıq göndərməyə hazırlaşması barədə polisi məlummatlandırıb: "Bu məlumatdan sonra Portuqaliya Hərbi Dəniz Qüvvələrinin köməyi ilə həmin sualtı gəmisi qayığı Lissabon sahilindən təxminən 1852 kilometr (1000 dəniz mili) məsafədə tapıldı. Əməliyyat həmçinin Böyük Britaniya Milli Cinayətkarlıq Agentliyi (NCA) və ABŞ Narkotiklərlə Mübarizə Agentliyi (DEA) tərəfindən də dəstəklənib. Təəssüf ki, gəmini çox köhnə olduğundan və əməliyyat zamanı zədə aldığından, eyni zamanda pis hava şəraiti səbəbindən limana çəkmək mümkün olmayıb. Gəmi hadisə yerindən bir az aralıda batıb".
Samir Musayev
MİA.AZ