Bərdədən deputat seçilən Fatma Yıldırım adıçəkilən rayonun Samux kəndində olub.
Mia.az gununsesi.info-ya istinadla xəbər verir ki, kənddə olan deputat Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeçiliyinə olan Poçt binasının mövcud durumunu görəndə təəccübünü gizlətməyib.
Həmin binanın videosunu sosial şəbəkə hesabında paylaşan Fatma Yıldırım, nədənsə bu barədə qeyd yazmayıb.
Amma fotodan görünür ki, bərbad vəziyyətdə olan poçt binasında normal iş şəraiti mümkünsüzdür.
Dağılmış pilləkənlər, nəm çəkmiş divarlar bu binanın mövcud durumunu açıq ifadə edir.
Görünür, deputat poçt binasının fotosunu paylaşmaqla nazir Rəşad Nəbiyevə mövcud durumu anlatmağa çalışıb.