Son illər paytaxt rayonlarında yüngül konstrusiyalı gecəqondu obyektlərin sayı artmaqdadır. Paytaxtda gecəqondu obyektlərin çoxluq təşkil etdiyi ərazilərdən biri də Xətai rayonudur.

Mia.az Poliqon.info-ya istinadla xəbər verir ki, Xətai rayonu Kənd Əhmədli qəsəbəsinə gedən yolda Məhəmməd Hadi 71 ünvanında daha bir gecəqondu obyekti inşa edilib.

Bir gecənin içində inşa edilən yüngül konstrusiyalı bu gecəqondu obyektinə icazənin Xətai rayon İcra Hakimiyyəti “razılıq” verildiyi bildirilir.

Gecəqondu obyektini Namiq Məmmədov adlı şəxsin tikdiyi bildirilir.

Qeyd edək ki, 2019-cu ildən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdir.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı.

Qurumların fikirlərini dərc etməyə hazırıq.

Həmin obyektin görüntülərini təqdim edirik:(Xalq.online)