Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına direktor və direktor müavini təyinatı olub.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Respublika Klinik Uroloji Xəstəxanasına Pərviz Hacıyev rəhbərlik edəcək. O, ixtisasca uroloqdur və yeni təyinata qədər özəl tibb müəssisələrinin birində həkim-uroloq vəzifəsində çalışıb. 

Bundan əlavə tibb müəssisəsinə direktor müavini – baş həkim vəzifəsinə Elçin Mustafayev gətirilib. O da ixtisasca uroloqdur və yeni təyinata qədər eyni tibb müəssisəsinin Endourologiya şöbəsinin müdiri olub.
 

***

Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev vəzifəsindən azad olunub.

Mia.az xəbər verir ki, məlumatı TƏBİB "Report"a təsdiqləyib.

Qeyd edilib ki, o, öz ərizəsi ilə işdən azad edilib.

***

Vəzifədən azad edilən Fariz Babayev Globalinfo.az-a maraqlı açıqlama verib: “Könüllü şəkildə öz ərizəmlə işdən ayrılmışam. Səbəbi sirr deyil, amma açıqlamaq da istəmirəm. Hər işdə problemlər olur. 44 il həkim olaraq çalışmışam, bundan sonra da fəaliyyətimi davam etdirəcəm”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin baş nefroloqu olan Fariz Babayev 1963-cü ildə Lənkəran şəhərində anadan olub.

2003-2021-ci illərdə Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri vəzifəsində çalışıb. 2006-cı ildən Avropa Nefroloqlar və Dializ Assosiasiyasının üzvüdür.

MİA.AZ