"Kuruluş Osman" serialında "Osman bəy" obrazı ilə məşhurlaşan aktyor Burak Özçivitlə evləndikdən sonra serial çəkilişlərindən uzaqlaşan və hazırda sosial media paylaşımları ilə özünə tanınan xanımı Fahriye Evcen ailənin sərvətini artırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa nüfuzlu İsveçrə saat və zərgərlik brendinin satışı ilə məşğul olan şirkətlə reklam anlaşması imzalayıb.

Məlumata görə, o, bu reklam müqaviləsinə əsasən, 800.000 dollar qazanacaq.

Xatırladaq ki, cütlük 2017-ci ildə evləniblər. Onların iki övladı var.

Ləman
MİA.AZ