19 oktyabrda Fransanın məşhur Luvr Muzeyindən oğurlanan tarixi  zərgərlik əşyalarının hələ tapılmayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Paris prokuroru Lore Bekkuau açıqlama verib.

Onun sözlərinə görə, istintaq davam edir: "İstintaq oğurluq faktı ilə mühüm dəlillər əldə edib. İki nəfər saxlanılıb, onların ətrafında əməliyyat genişlənib. Saxlanılan şübhəlilər təqsirlərini qismən etiraf ediblər. Ümid edirəm ki, oğurlanan tarixi əşyalar da tapılacaq. Onlar Luvr Muzeyinə və fransız xalqına qaytarıla biləcəklər".

Lore Bekkuau deyi ki, oğurluq zamanı III Napoleonun həyat yoldaşı İmperatriça Yevgeniyaya məxsus tacın yerə düşərək qırılması böyük təəssüf yaradır: "Çox təəssüf ki, onun bərpasının çətin olacağını deyirlər..."

Ləman
MİA.AZ