Danimarkanın paytaxtı Kopenhagen şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 75-ci sessiyası keçirilir.

Mia.az xəbər verir ki, sessiyada ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klüge beynəlxalq qurumun ötən sessiyadan indiyədək gördüyü işlərə dair məlumat verib.

Ardınca ÜST-nin Avropa Regional Komitəsinin sessiyasının gündəliyi müzakirəyə təqdim edilib.

Sessiyanın gündəliyi ÜST-nin növbəti beşillik "Avropa İş Proqramı 2026–2030", idarəetmə orqanlarına seçkilər və strateji səhiyyə təşəbbüslərinin təsdiqi kimi mühüm məsələləri əhatə edir.

Tədbirdə Azərbaycanın səhiyyə naziri Teymur Musayev 2025-2028-ci illər üçün ÜST-nin Avropa üzrə Regional Komitəsinin Daimi Komitəsinə (SCRC) üzv seçilib.