Aparıcı Nigar Fərhadın başına xoşagəlməz hadisə gəlib.

Mia.az Manset.az-a istinadla xəbər verir ki, aparıcının evinin qarşısından avtomobili oğurlanıb.

Nigar Fərhad hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O, maşının hansı şəraitdə oğurlandığı barədə məlumat verməyib. Oğurluqla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.