Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur Hacettepe Universitetinə iri dönər bıçağı və dəyənəklərlə silahlanmış bir qrup maskalı şəxs hücum çəkib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə universitetin Beytəpə korpusunda baş verib.
Yyaılan görüntülərdən belə anlaşıır ki, bir qrup gənc bəlli olmayan səbəbdən qəfildən korpusun həyətinə soxularaq, tələbələrə xəsarət yetirməyə çalışılar. Lakin tələbələrin və mühafizəçilərin hücuma dirənməsi gərginlik yaratsa da, qarşı tərəfin geri çəkilməsinə rəvac verib.
Məlumata görə, hadisə yerinə polislərin də operativ gəlişi ağır faciələrin yaşanmasının qarşısını alıb: "Hücum edənlərdən 3 nəfər saxlanılıb".
Məlumatda deyilir ki, müxtəlif dərəcəli xəsəratlər alan bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Firudin Səfərli
MİA.AZ