Kanal D-də yayımlanan "Uzak Şəhər" serialında qalmaqal yaranıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə serialda "Fadıl" rolunu canlandıran Mehmet Yaşa videoaçıqlama yayıb.
O bildirib ki, serialın son bölümündə Fələstin bayrağının rənglərində olan geyimlərin yerə atılması səbrini daşırıb.
"Fələstin mənimçün qırmızı xəttdir", - deyən aktyor bildirib ki, məhz bu səhnəyə görə serialdan ayrılıb:

"Fələstində analar və uşaqlar şəhid olur. Nə vicdanım bunu qəbul edə bilər, nə də anam məni bağışlaya bilər. Bəli, bilirəm ki, bütün qapılar bundan sonra üzümə bağlanacaq, amma Uca Allah başqa bir qapını açar. Bundan sonra "Uzaq Şəhər" mənim üçün bitdi. Bunu xalqımıza hörmətlə elan edirəm".
Ləman
MİA.AZ

