Ana Vətən Partiyasının bu gün səhər keçirilən qurultayında Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalıyev arasında dava düşüb.

Davaya səbəb Fəzail Ağamalının qurultayda qızı Günay Ağamalının namizədliyini sədr kimi irəli sürməsi olub.
Eyni anda Elçin Ağamalıyev də namizəd olub.

Elçin Ağamalıyev mətbuata deyib ki, bacısından çox səs toplasa da, atası nəticələri qəbul etməyib.

Mia.az xəbər verir ki, Fəzail Ağamalı özü Gununsesi.info-ya açıqlamasında oğlunun yalan danışdığını və qurultaya müdaxilə etdiyini deyib:”Mən də sədr kimi təxirə saldım. Qurultay olacaq. Fikir çəkişməsi oldu, qurultayın gedişinə ciddi müdaxilə oldu. Mən partiyadaşlarımızdan xahiş etdim ki, onu bayıra çıxarsınlar”.