Laləzar Əliyeva adlı sosial şəbəkə istifadəçisi “TikTok”da video paylaşaraq millət vəkili Elman Nəsirovun qızı olduğunu deyib.

Mia.az qafqazinfo-ya istinadla xəbər verir ki, o, deputatın birinci nikahından dünyaya gəldiyini iddia edib.

L.Əliyevanın sözlərinə görə, 4 yaşı olanda valideynləri ayrılıb və o, anası ilə birgə yaşayıb. Qeyd edib ki, Elman Nəsirov indiyədək onunla maraqlanmayıb, hətta toyunda da iştirak etməyib. Hazırda isə çətin vəziyyətdədir.

Məsələ ilə bağlı deputat Elman Nəsirovla əlaqə saxladıq. O, yayılan videodakı iddiaları təkzib etdi:

“Tamamilə yalan və uydurma məlumatdır. Bu, radikal müxalifətin və müəyyən maraqlı dairələrin mənim əleyhimə başlatdığı yeni kampaniyadır. Açığı, fəallığımın fonunda mən bunu gözləyirdim. Vəssalam.”

Laləzar Əliyeva isə növbəti paylaşımında sübut kimi valideynlərinin toyundan fotolar paylaşacağını açıqlayıb.