Bir neçə gün əvvəl Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları Səbail rayonu, Yeni Salyan yolu 22 ünvanında yaşıllaşdırma işləri apararkən "Jurnalistlər binası"nda yaşayan Rail İbrahimovun avtomobilinə ziyan vurublar.
Mia.az-ın məlumatına əsasən, şikayətçi Rail İbrahimov yenifikir.media-ya bildirib ki, bir ay öncə aldığı bahalı avtomobilinin sağ arxa qapısı zərbə alıb.
Bu məsələ ilə bağlı sayt Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edib.
Telefon sorğusu zamanı Birlikdən bildirilib ki, zərərçəkmiş Rail İbrahimovla tezliklə əlaqə saxlanılacaq. Lakin indiyədək onunla əlaqə qurulmayıb və dəyən ziyan aradan qaldırılmayıb.