Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) növbədənkənar qurultaya gedir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq 39-cu növbədənkənar qurultayın vaxtı rəsmən bəlli olub.
Partiyadan bildirilib ki, CHP-nin qurultayı 28-30 noyabr tarixlərində keçiriləcək.
Xatırladaq ki, bundan əvvəl qurultay vaxtı bir neçə dəfə elan olunsa da, məhkəmə qərarları ilə təxirə salınıb.
Samir Musayev
MİA.AZ