240 nömrəli tam orta məktəbin direktor müavini Arifə Məmmədova 20 saylı məktəb0liseyə direktor təyin olunmayıb.

Bu barədə Mia.az-a həmin məktəbdən məlumat verilib.

Bildirilib ki, bu barədə dünən bir çox saytlarda yayılan xəbər doğru deyil.

Xatırladaq ki, mia.az bu xəbəri dünən Milli.az saytına istinadla yaymışdı. Həmin xəbərdə deyilirdi ki, Arifə Məmmədova 240 nömrəli tam orta məktəbdəki direktor müavini vəzifəsindən azad ediərək, 20 nömrəli məktəb-liseyə direktor təyin olunub. 

Onu da qeyd edək ki,  Arifə Məmmədovanın adı bir müddət əvvəl 240 nömrəli tam orta məktəbinin direktoru Esmira Məmmədova ilə birlikdə öz maşınlarını məktəbin işçilərinə yudurtmaqda hallanmışdı.

Firudin Səfərli

MİA.AZ