Məşhur Luvrda 88 milyon avro dəyərində daş-qaş soyğunundan sonra bu dəfə Fransanın şimal-şərqindəki Langres şəhərindəki Deni Didro Maarifçilik Muzeyində oğurluq ölkənni ayağa qaldırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oğurluq nəticəsində muzeydən təxminən 2000 ədəd 18-19-cu əsrlərə aid qədim tarixə aid sikkələr oğurlanıb.
Fransa mətbuatı yazır ki, muzey işçiləri səhər binanın giriş qapısının sındırılaraq içəri girildiyini görüblər: "Polisə məlumat verlib. İlkin araşdırma zamanı muzeydə şüşə vitrində saxlanılan 1633 gümüş və 319 qızıl sikkə aparılıb...".
Lanqres şəhər bələdiyyəsindən verilən məlumata görə, oğurluq planlı həyata keçirilib: "Hadisədən sonra muzey müvəqqəti olaraq bağlanıb. Hazırda təhlükəsizlik sistemləri yenilənir, gecə yoxlamaları aparmaq üçün özəl mühafizə firması ilə anlaşma əldə olunacaq"
Xatırladaq ki, Fransada son həftələrdə baş verən üç böyük muzey oğurluğu mədəni irsin qorunması ilə bağlı təhlükəsizlik tədbirlərini yenidən diqqət mərkəzinə gətirib. Belə ki, oktyabrın 16-da Parisdəki Milli Təbiət Tarixi Muzeyindən 1,5 milyon avro dəyərində qızıl külçələr, oktyabrın 19-da Luvrdan Napoleon dövrünə aid səkkiz ləl-cəvahirat gündüz basqında oğurlanıb. Məhz bu ardıcıl oğurluq hadisələri hökuməti hədəfə gətirib.
Ləmiyyə Əhmədli
MİA.AZ