Qazaxıstanda səfərdə olan Prezident İlham Əliyevin şərəfinə baş tutan ziyafətdə Ümummilli lider Heydər Əliyevin sevimli mahnısı “Alagöz” səsləndirilib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisii Hikmət Hacıyev "X" hesabında paylaşım edib: "Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri əsnasında rəsmi ziyafətdə Qazax qardaşlarımız Azərbaycan mədəniyyətinə hörmətin nümunəsi olaraq, Müslüm Maqomayevin repertuarından "Синяя вечность" mahnısını böyük sevgi və coşqu ilə ifa edirlər".