Bu gün Türkiyənin Kocaeli şəhəriin İzmit avtovağzalında silahlı atışma olub.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, adı açıqlanmayan hərbçi ilə polislər arasında mübahisə yaranıb.
Məlumata görə, bu zaman tapançaya əl atan hərbçi əvvəl havaya atəş açıb, daha sonra isə polislərlə aralarında atışma yaranıb: "Atışmada hərbçi ayaqlarından vurularaq zərərsizləşdirilib. O, yaralı halda xəstəxanaya çatdırılıb, hadisə ilə bağlı araşdırmalara başlanılıb".
Mübahisənin məğzi araşdırma sonunda açıqlanacaq.
Firudun Səfərli
MİA.AZ