Mil- Muğan Regional Təhsil İdarəsinin İmişli rayon sektoru üzrə Fazil Rəhimov adına Cəfərli kənd tam orta ümumtəhsil məktəbində yaxın günlər çərçivəsində iki müəllimin və məktəb laborantının doğum günləri qeyd olunub.
Tədrisə mane olmamaq üçün bu gün dərsdən sonra məktəbdə hər üç məktəb işçisinin- Mirzə Əmirov, Səfurə Babayeva və Çinarə Həsənovanın yeni yaşları çay süfrəsi arxasında qeyd edilib.
Məktəbin direktoru Elyanə Kərimova və direktor müavini Bəyim Şirinli yeni yaşı olan müəllimləri və məktəb laborantını təbrik edib, onlara cansağlığı, pedaqoji fəaliyyətlərində uğurla arzulayıblar.
Tədbirdə iştirak edən Əməkdar müəllim Səxavət Tağlar (Tağıyev) pedaqoji kollektivda uğurlu təlim-tərbiyə göstəriciləri qazanmaqda sağlam pedaqoji mühitin rolunundan danışıb, yeni yaşı olan müəllimləri və məktəb laborantını təbrik edib.
Sonda yeni yaşları qeyd olunan müəllimlər və məktəb labarantı həmkarlarına təşəkkür ediblər.