Fransada dünən dünyaca məşhur Luvr Muzeyində oğurluq olub.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, muzeydən 9 tarixi daş-qaş oğurlanıb.
Məlumata görə, dərhal müuzey boşaldılıb.
Məlumata görə, muzey bu gün də qapalısaxlanılıb.
Məlumatda deyilir ki, hər gün minlərlə ziyarətçini qəbul edən və təxminən 35 min əsərin sərgiləndiyi dünyaca məşhur Luvr Muzeyində baş verən bu oğurluq araşdırılır: "Tac zinət əşyalarının nümayiş olunduğu Apollon Qalereyasından doqquz qiyməti ölçüyəgəlməz artefakt oğurlanıb. Oğurluq cəmi yeddi dəqiqə içində həyata keçirilib..."
İddiaya görə, oğurlanan qiymətli tarixi əsərlərdən biri oğrular qaçarkən yerə düşüb: "Həmin əsər III Napoleonun həyat yoldaşı Yevgeniyaya məxsus tac olub..."
Ləman
MİA.AZ