Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rütbədən məhrum edilmiş general Mövlam Şixəliyevlə eyni cinayət işi üzrə məhkum olunmuş polkovnik Elcan Abdullayev vaxtından əvvəl azadlığa buraxılıb.
Məlumata görə, məhkəmənin qərarı ilə polkovnikin cəzasının qalan 1 ili şərti hesab edilib.
Məhkum saxlanıldığı cəzaçəkmə müəssisəsindən buraxılıb.
Qeyd edək ki, Elcan Abdullayev MTN-də idarə rəisi vəzifəsində çalışıb. O, vəzifə səlahiyyətlərini aşmaqla hədə-qorxu yolu ilə tələb etməkdə və digər ağır cinayətlərdə təqsirli bilinərək məhkum edilmişdi.
Xatırladaq ki, eyni iş üzrə məhkum edilmiş general Nizami Şirinov 2 həftə əvvəl azadlığa buraxılıb, Mövlam Şixəliyev isə hazırda həbsdədir/Qafqazinfo