Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən prezident seçkisində Cümhuriyyət Türkiyə Partiyasının sədri Tufan Ərhürmanın qalib gəlməsindən sonra adada maraqlı proseslər başlayıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, ölkədə yayımlanan SİM TV kanalında seçkiyə həsr olunmuş xüsusi verilişdə olan çağırış böyük mübahisələrə səbəb olub.
Məlumata görə, telekanalın aparıcısı Serhat İncirli keçmiş prezident Ərsin Tatarın ŞKTC-ni Türkiyənin bir vilayəti halına gətirdiyini iddia edərək, deyib:
"Türkiyə Respublikasının buradakı səfiri sabah geri çəkilməlidir. Əgər səlahiyyətim olsaydı, onu dərhal "persona non qrata" elan edər, yaxud "bu adamı buradan çıxarın" deyərdim".
Məlumata görə, aparıcının bu sözləri qardaş ölkədə böyük rezonas doğurub.
Xatırladaq ki, Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərində Tufan Erhürman 62,76% səslə Ersin Tatara (35,81% səs toplayıb) qalib gəlib.
Firudin Səfərli
MİA.AZ