CHP-nin İstanbul təşkilatıın 39-cu Konfransındakı seçkinin nəticəsi tam açıqlanıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, konfransda sədrliyə yeganə namizəd olan və bir müddət əvvəl məhkəmənin vəzifəsindən uzaqlaşdırdığı Özgür Çelik yenidən ölkənin qəlbi sayılan şəhərdə CHP-nin şəhər təşkilatına sədrlik hüququ qazanıb.
Məlumata görə, o, 655 səsvermə haqqı olan nümayəndələrinin çoxluğunun səsini alıb: "Səsverməyə 565 nəfər qatılıb. Həmin səslərdən 540 etibarlı səs hesab olunub. Onların da 536-sı Çelikə səs veriblər".
Firudin Səfərli
MİA.AZ