Gəncədə 25 yaşlı gənc toyda bıçaqlanıb.
Mia.az xəbər verir ki, Arzu Hüseynovla mübahisə edən Daşkəsən rayon sakini 25 yaşlı Sənan Bağırov onu vuraraq qaçıb.
DİN-in Gəncə regional qrupundan bildirilib ki, polisin keçirdiyi tədbirlər nəticəsində o, saxlanılıb.
Araşdırma davam etdirilir.