Türkiyədə kriminal dəstələrə qarşı növbəti əməliyyat keçirilib.

Mia.az Türkyə mətbuatına istinadla xəbər verir ki, İstanbul, Ədirnə və Mardində eyni anda keçirilən əməliyyatla üç ayrı-ayrı kriminal dəstənin nüfuzlu şəxsləri qandallanıblar.

İstanbul Respublika Baş Prokurorluğundan bildiirilib ki, əməliyyata onlar rəhbərlik ediblər: "İstanbulun Şişli, Beyoğlu, Fatih, Ataşehir, Kadıköy, Sultanqazi, Esenyurt, Arnavutköy, Eyüpsultan rayonlarında, o cümlədən Tekirdağda kriminal dəstələrlə bağlı 32 hadisə müəyyənləşib. Onlar “qəsdən adam öldürmə”, “talama”, “odlu silah, bıçaq və digər alətlərlə xəsarətyetirmə və digər çoxsaylı cinayətlərdə yer alıblar. Beləlklə, Ədirnə və Mardinə qədər uzanan əməliyyatla ümumilikdə 87 nəfər saxlanılıb. Onlardan 12-si ifadə verdikdən sonra sərbəst, 11-i şərti azadlığa buraxılıb, 48-i həbs edilib.

Ədirnə və Mardində isə 35 ünvanda eyni vaxtda həyata keçirilən əməliyyatlarda yaşları 18-dən az olan 15 şübhəli və 1 şübhəli saxlanılıb. Bu ünvanlarda xeyli silah-sursat da aşkarlanaraq götürülüb"

Firudin Səfərli
MİA.AZ