"Dövlət çevrilişinə cəhd edən, hakimiyyəti zorla ələ keçirmək istəyən bu cinayətkar qüvvələr öz çirkli əməlləri ilə həm də Dövlətimizin Qurucusu, bütün həyatını Azərbaycan xalqının rifahına və dövlət müstəqilliyimizin sarsılmazlığına xidmət etmiş Heydər Əliyevə, Azərbaycan Xalqını dünyada Qalib Xalq kimi tanıdan və beynəlxalq aləmdə dövlətimizə böyük imic qazandıran İlham Əliyevə və azadlığımız, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçmiş əziz şəhidlərimizin ruhuna qarşı xəyanətdir".
Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünki iclasında deputat Məlahət İbrahimqızı çıxışında deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqı bu xəyanəti heç vaxt bağışlamayacaq: "Şübhəsiz ki, kimliyindən və tutduğu mövqedən asılı olmayaraq, dövlətçiliyimizə, dövlət başçısına xəyanət edən hər kəs, eləcə də Ramiz Mehdiyev və onun silahdaşları qanun qarşısında cavab verəcək"
Samir
MİA.AZ