Türkiyədə Haberturk, SHOW TV və digər yayın orqanlarının da aralarında olduğu "Can Holdinq"ə qarşı növbəti əməliyyat keçirilib.
Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, əməliyyatın ikinci dalğasında 26 nəfər saxlanılıb.
Saxlanılanlar arasında Türkiyə massonlarının lideri, Bilgi Universitetinin keçmiş rektoru, "Qalatasaray"ın n keçmiş sözçüsü Remzi Sanver, Holdinqin İdarə Heyətinin sədri Kenan Tekdağ, həmçinin məsul şəxsləri Şakir Can və Murat Canın həyat yoldaşları. Betül Can və Zühal Can da var.
Məlumata görə, şübhəlilərin şirkətdəki otaqlarında və evlərində aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallar, sənədlər və digər sübutlar götürülüb.
Həbs olunanlar arasında ən çox diqqəti çəkən isə Türkiyə masnlarının tanınmış üzvü satyılan Mehmet Remzi Sanverdır. O, 7 iyun 1980-ci ildə İstanbulun Fatih şəhərində anadan olub. Türkiyənin iqtisadiyyats ahəsi üzrə professoru, “Qalatasaray”ın keçmiş baş katibi və sözçüsü olub. O, 2011-2015-ci illərdə İstanbul Bilgi Universitetinin rektoru vəzifəsində çalışıb. Hazırda Paris Dauphine Universitetində Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin (CNRS) LAMSADE laboratoriyasında tədqiqatçı professor vəzifəsindədir.
Remzi Şanver 1991-ci ildə İstanbulda İdealist Lojasına daxil olub və lojada müxtəlif vəzifələrdə çalışıb. O, 2003-cü ildən 2005-ci ilə qədər Azad və Qəbul Edilmiş Masonların Böyük Lojasının ibadət ustası kimi xidmət göstərib. Sanver 2007-2009-cu illərdə Azad və Qəbul Edilmiş Masonlar Böyük Lojasının ustadı, 2010-cu illdən Böyük Usta kimi fəaliyyət göstərib. Onun hətta 33-cü dərəcəli mason olduğu haqda təkzib olunmaya xəbərlər var.
Firudin Səfərli
MİA.AZ