"Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olanda ona sözümü demişəm. İndi bəziləri deyir ki, biz də sözümüzü demişik. Adama da bu təsir edir.
Bu sözləri sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyev deyib.
“Deyirlər, mən də sözümü demişəm. Kim deyib? Neçə nəfər olub? Onlar kimiydi? Axı elə deyil! Hələlik isə heç nə demək istəmirəm. Gözləmək lazımdır”, - deyə o bildirib(Teleqraf).
Qeyd edək ki, Əhəd Abıyev Milli Məclisin I, II və III çağırış deputatı olub. 2011-2023-cü illərdə isə Daşkəsən rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.